Главная > GÜNDƏM > Qəzzafinin oğlu Liviyanın prezidenti olmağa hazırlaşır

Qəzzafinin oğlu Liviyanın prezidenti olmağa hazırlaşır


18-12-2017, 17:07.

                  Qəzzafinin oğlu Liviyanın prezidenti olmağa hazırlaşır

 

 

Liviyanın qətlə yetirilmiş diktatoru Müəmmar Qəzzafinin oğlu mühəndis və filosof Seyf əl-İslam 2018-ci il prezident seçkilərində iştirak etməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu haqda "Egypt Today” qəzeti Qəzzafi ailəsinin mətbuat katibi Basem əl-Haşimi əl-Sula istinadən yazır. Qəzzafinin oğlu artıq seçki platformasını da hazırlayıb və onu seçicilərə təqdim etməyə hazırlaşır. Seyf əl-İslam hesab edir ki, onun seçki platformasını BMT-nin iştirakı ilə ölkəsini keçid mərhələdən stabilliyə gətirib çıxara bilər.

Ehtimal olunur ki, Qəzzafinin oğlu Liviya qruplaşmaları arasında əməkdaşlığı möhkəmləndirsin. Onun iri Liviya qəbilələrinin dəstəyini aldığı və seçkidə qalib gəlmək şansının yüksək olduğu bildirilir.

 


Вернуться назад