Главная > Video xəbər > Canli efirdə deputata savadsız dedilər - VİDEO

Canli efirdə deputata savadsız dedilər - VİDEO


18-12-2017, 19:08.

                Canli efirdə deputata savadsız dedilər -VİDEO

Lider TV-də yayımlanan "Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.

Gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin "gop” olduğunu deyib.

D. Əzimli isə onun bu ifadəni işlətməsinin "ayıb” olduğunu dilə gətirib.

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və "savadsız” adlandırıb.

 


 

 


Вернуться назад