Главная > Dünya > Sankt-Peterburqda terror aktının qarşısı alınıb

Sankt-Peterburqda terror aktının qarşısı alınıb


15-12-2017, 16:14.

                           Sankt-Peterburqda terror aktının qarşısı alınıb

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Sankt-Peterburqda dekabrın 16-da terror hücumu həyata keçirməyi planlaşdıran İŞİD terror qruplaşmasının tərəfdarlarının cinayətkar fəaliyyətinin qarşısını alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən terror hücumunun terrorçu-kamikadze vasitəsilə izdihamlı yerlərin birində həyata keçirilməsinin planlaşdırıldığını bildiriblər.

Qeyd olunub ki, dekabrın 13-14-də Sankt-Peterburqda keçirilən xüsusi əməliyyat nəticəsində qruplaşmanın yeddi üzvü saxlanılıb.

Əməliyyat zamanı şübhəlilərdən xeyli sayda partlayıcı qurğular, partlayıcı qurğuların komponentləri, avtomat, sursat və ekstremist ədəbiyyat müsadirə edilib.

 


Вернуться назад