Главная > Dünya > Beytləhmdə İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Beytləhmdə İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib


14-12-2017, 21:24.

Beytləhmdə İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

 

Beytləhmdə (Vifleyem, Fələstin) fələstinli gənclər və İsrail hərbçiləri arasında toqquşmalar baş verib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Fələstin ərazisi və Qüdslə olan sərhəddə yerləşən divar qarşısında onlarla insan zibil qutularını yandırıb, İsrail müşahidə qüllələrinə daş və "Molotov kokteyli" atıblar.

Buna cavab olaraq hərbçilər etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

İğtişaşlar üç saata yaxın davam edib.

 


Вернуться назад