Главная > Media > Bakıda jurnalistlər üçün təlim keçirildi

Bakıda jurnalistlər üçün təlim keçirildi


12-12-2017, 23:05.

                     Bakıda jurnalistlər üçün təlim keçirildi

 

Dekabrın 10-da Bakıda jurnalistlər üçün"Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təşviq Edilməsində Medianın Rolunun Artırılması”mövzusunda birgünlük təlim keçirilib.

"Basta” ya daxil olan məlumata görə, təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi "Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı çərçivəsində təşkil edilib. Təlimə Turan İA, APA İA, Yeni Musavat, Azadlıq qəzetləri, Bastainfo.com, Gununsesi.info, Xeberdar.net xəbər saytlarından 10 jurnalist qatılıb.

Proqrama daxil olan "Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Baş Məsləhətçisi,Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənovlayihə barədə məlumat verib, təlimin məqsədi və gözləntilər barədə danışıb, seçilmiş jurnalistlərlə çox maraqlı təlim və müzakirələrin keçəcəyinə inamını bildirib. BMT İnkişaf Proqramının layihə üzrəqadınların səlahiyyətləndirilməsi üzrə eksperti Samir Əliyevtəlimin daha səmərəli keçməsi üçün iştirakçı jurnalistlərin təlimçi və təşkilatçılara yardımçı olacaqlarına ümid bəslədiyini qeyd edib və müzakirələrin təlimin nəticələrinin qiymətləmndirilməsində rol oynayacağını vurğulayıb.

Təlimin birinci hissəsində ilk sessiyadaqadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi: müəyyənliyi, əhəmiyyəti və əsas xüsusiyyətləri – gender anlayışı – gender bərabərliyi anlayışı və göstəriciləri – qadınların səlahiyyətləndirilməsi nədir? – qadınların sosial-iqtisadi hüquqları niyə artırılmalıdır? – qadınların səlahiyyətləndirilməsi prinsipləri – əsas sosial iqtisadi problemlər və maneələr – əsas məlumat mənbələri müzakirə edilib.

Ikinci sessiyaqadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi: Azərbaycanda mövcud durum və media üçün mesajlar – Azərbaycanda sosial-iqtisadi sahələrdə qadınların iştirakçılığının mövcud səviyyəsi; – əsas problemlər; – qadınların sosial-iqtisadi hüquqları ilə bağlı məsələlərin mediada işıqlandırılması – jurnalist araşdırmalarınahəsr edilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinni rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Mehtiyevtəlimçi qismində seçilmiş müzakirə mövzularını iştirakçı jurnalistlərin diqqətinə çatdırıb.

Təlimin ikinci hissəsihüquq elmləri üzrə fəlsəfə doktoru, BDU-nun hüquq fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Gülnaz Ələsgərovatərəfindən edilən təqdimatlarla müşayiət edilib. İkinci hissə də iki sessiyadan ibarət olub və3-cü sessiyadabərabərliķ hüququ, gender yanaşması ve qeyri-ayrıseçkilik daha geniş insan huquqları çərçivəsində: – Ayrı seçkilik anlayışı – xususi tədbirlər, münasib yerləşmə şəraitinin yaradılması, 4-cü sessiyada isəMedia və ayrı-seçkilik hallarının işıqlandırılması: – şəxsi kimliyin açılması (revealing personal identity) – şəkillərin yayılmasıtəqdimat edilib və təlim iştirakçısı olan jurnalistlərlə müzakirə aparılıb.

Təlim zamanı uğurlu təcrübələr də bölüşülüb, ənənəvi problemlərin çıxış yolları müzakirə edilib.

 


Вернуться назад