Главная > Dünya > Taylandda havaların kəskin soyuqlaşmasından 5 nəfər dünyasın dəyişdi

Taylandda havaların kəskin soyuqlaşmasından 5 nəfər dünyasın dəyişdi


26-01-2016, 10:57.
Taylandda havaların kəskin soyuqlaşması nəticəsində 5 nəfər ölüb
Taylandda havaların kəskin soyuqlaşması krallığın şimal və mərkəz əyalətlərində 5 nəfərin ölümünə səbəb olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Thai PBS" məlumat verib.

Məlumata görə, şaxtalı havanın qurbanlarının əksəriyyəti kimsəsiz qocalardır. Həkimlər ölümün donma nəticəsində şiddətlənən xroniki xəstəliklər nəticəsində baş verə biləcəyini qeyd edir.

Tayland subekvatorial zonada yerləşir. Onun sakinlərinin əksəriyyətinin evi aşağı temperatura hesablanmayıb.

Tayland Meteorologiya Departamentinin məlumatına görə, havanın dəyişməsi bazar günü krallığa Çin tərəfdən gələn antisiklonun təsiriylə bağlıdır.

Вернуться назад