Главная > Baş Xəbər > Pxenyana qarşı 3 ölkə birləşdi – Raket hücumu

Pxenyana qarşı 3 ölkə birləşdi – Raket hücumu


11-12-2017, 18:50.

                   Pxenyana qarşı 3 ölkə birləşdi – Raket hücumu

 

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyadan gələcək hər hansı bir raket hücumuna qarşı müdafiə məqsədi ilə birgə təlim keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə "Yonhap” agentliyi informasiya yayıb.

Məlumata görə, təlimlər Koreya yarımadası və Yaponiya sahillərində keçirilib. Nüvə hücumlarının müəyyən edilməsi və izlənməsi barədə proseslərin məşq edildiyi təlim çərçivəsində 3 ölkə ordusunun nümayəndələri informasiya mübadiləsi ediblər.

Qeyd edək ki, raket hücumundan müdafiə təlimləri sabah da davam edəcək.

 


Вернуться назад