Lionel Messi daha bir rekorda imza atıb
"Barselona" futbol klubunun hücumçusu Lionel
Messi növbəti rekorda imza atıb.
APA-nın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə
"Bavariya”-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın
10-da "Vilyarreal"la matçda Messi "Barselona”nın heyətində 525-ci
qolunu vurub.
Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə "Bavariya”nın şərəfini qoruyub.
Messi 2004-cü ildən etibarən "Barselona”da çıxış edir. Bu mövsümdə L.Messi
İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Вернуться назад
|