Главная > GÜNDƏM > ABŞ-dan Ər-Riyada tələb: Blokadanı dərhal ləğv edin!

ABŞ-dan Ər-Riyada tələb: Blokadanı dərhal ləğv edin!


9-12-2017, 17:34.

                ABŞ-dan Ər-Riyada tələb: Blokadanı dərhal ləğv edin!

 

ABŞ dialoqun bərpası üçün Yəməndə olan münaqişə tərəflərinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Biz Yəməndə şiddətin artması və ağır humanitar vəziyyətdən son dərəcə narahatlıq duyuruq. Biz bütün tərəfləri girovların dərhal sərbəst buraxılmasına, siyasi danışıqlar aparılmasına və Yəmən xalqının əzablarına son qoymağa çağırırıq. Biz bütün Yəmən limanları vasitəsilə yanacaq da daxil olmaqla kritik malların ölkəyə maneəsiz girişini və Səna hava limanları vasitəsilə mülki uçuşların bərpa edilməsini tələb edirik”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən hava və dəniz limanlarını blokadaya alıb.

 


Вернуться назад