Главная > Video xəbər > “Qarabağ” avtomobil modelinin dizaynı - Video

“Qarabağ” avtomobil modelinin dizaynı - Video


9-12-2017, 01:30.

                         "Qarabağ” avtomobil modelinin dizaynı - Video

 

Azərbaycanlı gənc Ramil Nəcəfov "Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.

 

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, istedadlı gənc dizayner "Qarabağ” adlı 4x4 modelini İtaliyanın Avtomobil Dizayn Mərkəzinə (Car Design Schools) göndərməyi düşündüyünü bildirib: "Məqsədim "Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.

Gənc dizayner ilk dəfə BMV modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan, bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, "Azerant”, "Azerant Buta” avtomobillərinin və "Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.

 



Вернуться назад