Главная > GÜNDƏM > İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib, yaralananlar var

İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib, yaralananlar var


8-12-2017, 23:58.

İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib, yaralananlar var

 

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına hava zərbələri endirib.


APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.

"Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq, İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri "Həmas”-ın Qəzzadakı təlim kompleksi və silah-sursat anbarına hava zərbələri endirib”, məlumatda deyilir.

"Reuters” agentliyinin Fələstin Səhiyyə nazirliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Qəzzada azı 25 nəfər yaralanıb.


Вернуться назад