Главная > Dünya > ABŞ-da məktəbə silahlı hücum planlaşdıran iki şagird tutuldu

ABŞ-da məktəbə silahlı hücum planlaşdıran iki şagird tutuldu


25-10-2015, 01:15.

 

ABŞ-ın Virciniya ştatında  məktəbə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs edilib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin şerifi bildirib.  

 

""Riverbend” məktəbində qətl hazırlamaqda şübhəli bilinən məktəbin iki şagirdi həbs edilib”, deyə onun açıqlamasında bildirilir.

 

Məktəblilərə qarşı artıq ittiham irəli sürülüb, onlar yeniyetmələr üçün nəzərdə tutulmuş istintaq təcridxanasına yerləşdiriliblər. İstintaqın məlumatına görə, şagirdlər məktəbə silahlı hücum etməyi planlaşdırıblar və niyyətlərini sosial şəbəkələrin birində müzakirə ediblər.  

 
lent.az


Вернуться назад