Главная > İdman > 20 ölkə, 48 komanda

20 ölkə, 48 komanda


8-12-2017, 13:59.

                               20 ölkə, 48 komanda

 

 

UEFA Çempionlar Liqası və Avropa Liqasında qrup raundları arxada qaldı. Novator.az-ın məlumatına görə, 2018-ci ilin fevralında start götürəcək növbəti mərhələlərə 55 UEFA üzvündən 20-nin klubları düşüb.

2017-2018 mövsümündə UEFA-nın klub turnirlərinə 236 komanda buraxılıb. İndiyə qədər onların 188-i mövsümlə vidalaşıb. Mübarizəni 48 komanda davam etdirir. 18 komanda Çempionlar Liqasında, 32 komanda Avropa Liqasında yer alır.

Mövsümün startından bəri yalnız İspaniya və İtaliya itkisiz irəliləyir.

11 UEFA üzvü, o cümlədən Türkiyə və Qazaxıstan 1 komanda ilə mübarizə aparır.

Rusiyanın 4, Ukraynanın 2 təmsilçisi klub turnirlərində qalır.

Avropa kuboklarında 4 klubla yarışmış Azərbaycan 2017-2018 mövsümündə 4,375 əmsal əldə edib. Bu göstərici üzrə Azərbaycan 21-ci sıradadır. Son 5 mövsüm üzrə Azərbaycan 19,125 əmsalla 23-cü pillədə qərar tutur.

Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son 5 mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalı, yarımfinalı və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

 


Вернуться назад