Главная > Siyasət > Ermənistan parlamenti Rusiyadan yeni silah kreditini təsdiqləyib

Ermənistan parlamenti Rusiyadan yeni silah kreditini təsdiqləyib


6-12-2017, 13:23.

                   Ermənistan parlamenti Rusiyadan yeni silah kreditini təsdiqləyib

 

Ermənistan parlamenti Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya edib. Qərarın "lehinə” yekdilliklə 92 deputatın hamısı səs verib.

Kredit xətti Ermənistan tərəfindən 2018-2022-ci illərdə istifadə edilməlidir. Həmin pullarla Ermənistan Müdafiə Nazirliyi Rusiyadan aldığı silah-sursatın məbləğinin 90%-ə qədərini ödəyə bilər.

Saziş layihəsinə əsasən, kredit 15 il ərzində (2023-2037-ci illər) illik 3% dərəcəsi ilə qaytarılmalıdır.

 


Вернуться назад