Главная > İdman > “Atletiko”ya kömək etmək barədə düşünmürəm" - Dani Kintana

“Atletiko”ya kömək etmək barədə düşünmürəm" - Dani Kintana


5-12-2017, 10:44.

      "Atletiko”ya kömək etmək barədə düşünmürəm" - Dani Kintana

 

"Atletiko”ya kömək etmək barədə düşünmürəm. "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi "COPE"yə açıqlamasında deyib.

İspan yarımmüdafiəçi bildirib ki, "Roma"nı məğlub etmək asan olmayacaq: "Amma məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə əldə edəcəyimizə inanırıq”.

Qeyd edək ki, "Roma” – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 


Вернуться назад