Главная > Cəmiyyət > Millətimizin sıradan çıxarılması planı
Millətimizin sıradan çıxarılması planı3-12-2017, 17:14. |
Millətimizin sıradan çıxarılması planıMilləti yolundan sapındırmaq, onu məhv etmək üçün sərhədləri aşmağa, başına bombalar tökməyə, göyərçinlərin qanadında təbliğat xarakterli vərəqlər paylamağa, yerin altından lağım atıb casusları daxilə ötürməyə ehtiyac yoxdur. Müasir rabitə və kommunikasiya sistemi sayəsində bir milləti özünün qan yaddaşından ayırıb zombiyə və gərəksiz məxluqa, öz keçmişindən və indisindən utanan, acizlik hisslərinə bürünən müqəvvaya çevirmək mümkündür. Düzdür, bunun üçün illər lazımdır, ancaq planın aci nəticələri hər gün bizi ağuşuna almaqdadır və xalqın minilliklərlə formalaşdırdığı müqəddəs dəyərlər əldən getməkdədir. Beləliklə, qısa proqram əsasında millətin sıradan çıxarılması və ümumilikdə, gizli planların gerçəkləşməsi. Bu gizli planların hansı institutlarda hazırlanması vacib deyil. Vacib odur ki, bu planlar artıq gerçəyə dönməkdədir. Aydın şəkildə, heç bir mürəkkəb terminlərdən istifadə etmədən aşağıdakı bəzi bəndləri nəzərinizə çatdırıram: 1.Gizli planların ilkin mərhələsi Kütləvi İnformasiya Vasitələrindən başlanır. Müəyyən ölkələrin maraqlarına cavab verən qəzet, televiziya və radioların yaradılması. Bəzi beynəlxalq fondlar, müxtəif ölkələrin departamentləri tərəfindən bank hesabları vasitəsi ilə köçürülmə əməliyyatları. Yaxud, ölkədə dövlət siyasətinə qarşı çıxan hansısa imkanlı şəxslərin bu işə meyilləndirilməsi. 2.İnanc yerlərinin ardıcıl şəkildə məsxərəyə qoyulması. Bunun üçün lazımi adamların maliyyələşdirilməsi və sosial şəbəkələrdə aktivliyi. Bura gənclər, elm adamları, ayrı-ayrı millət vəkilləri, şair və yazıçıların da cəlb edilməsi effektivliyi artırır. 3.Xalq qəhrəmanları və görkəmli simalar barədə ağlasığmaz iddiaların ortaya atılması. (Buna misal olaraq Nizaminin kürd, Füzulinin ərəb, Koroğlu, Babəkin quldur adlandırılması, Xətainin qaniçən olması, onun milliyətinin təhrif edilməsi barədə məqalələr, televiziya verilişləri və sairlərini göstərmək olar. Siyahını uzatmaq mümkündür). 4.Doğma
dildə danışanlara damğa vurulması. Dünyadakı hegemon dillərin təbliği və "dünyəvilik”
elementi kimi cəmiyyətə sırınması. 6.Ədəbiyyatın
kapitalizm meyarları ilə uzlaşdırılması, vəhşiliyin təbliğatı. Yerli ənənəyə
uyğun gəlməyən ədəbi nümunələrin təşəkkülü və mentaliteti saya salmayan gənclərin
dövriyyəyə buraxılması. Bu istiqamətdə saytların yaradılması və reytinq göstəricilərinin
artmasında lazımi tədbirlər. Yaşlı yazıçıların gözdən salınması. Yad dəyərlərə
cavab verməyən şair və yazıçıların cəmiyyətdə imicinin aşağı salınması, böhtan
dolu yazılar. 9. Cinsi
azlıqların müdafiəsi. Beynəlxalq təşkilat qarşısında götürülən öhdəliyin
tez-tez nəzərə çatdırılması. 12.Şəxsiyyət vəsiqələrində "milliyyət” qrafalarının boş qalmasının beynəlxalq qanunvericiliklə əsaslandırılması. 13.Narkotika, spirtli içkilərin daimi şəkildə təbliği. 14.Ailə dəyərlərinin aşağılanması, kriminal verilişlərin artması və sair. Bunlar hələ üzdə görünənlərdir. Üzdə görünməyənlər isə daha dəhşətlidir. Ki, hələ üzə çıxmır.
Azər Qismət
(qafqazinfo.az)
Вернуться назад |