Главная > Ölkə / Mənəviyyat > Demirtaşın "sağ əli" həbs olundu - PKK üçün pul toplayırmış...

Demirtaşın "sağ əli" həbs olundu - PKK üçün pul toplayırmış...


25-01-2016, 00:59.
 
Terror təşkilatı PKK-nın maliyyə dayağlarına  qarşı İstanbulda keçirilən əməliyyatlar zamanı HDP lideri Səlahaddin Demirtaşın  "sağ əli" sayılan Zeki  Çelik  həbs olunub.

Avropa.info xəbər verir ki, Çeliklə birgə  11 nəfər saxlanılıb

Axtarışlar zamanı  həbs olunanlardan  60 min lirə, 1 milyon 250 min lirəlik çek, hesab dəftəri, çoxlu sayda avadanlıq və proqram tapılıb. Həbs olunanların hamısı  HDP  və BDP -nin tanınmış üzvləridir.

Şəbəkənin  PKK  üçün, "ianə" topladığı bəlli olub. Bundan başqa şübhəlilərin bəzi dükanlardan zorla pul aldıqları da aydınlaşıb.

Məhkəməyə gətirilən Zeki Çelik və daha 10 nəfər haqqında həbs qərarı çıxarılaraq, həbsxanaya göndərilib.


Вернуться назад