Главная > Region > Narazı Lənkəran sakinləri və Taleh Qaraşovun milyonluq xərcləri

Narazı Lənkəran sakinləri və Taleh Qaraşovun milyonluq xərcləri


25-01-2016, 00:24.

talah_qarasov.jpg

2016-cı ilin elə ilk günlərində Azərbaycanın bir neçə royonunda bahalaşma əleyhinə etiraz aksiyaları keçirildi. Lənkəranda keçirilən bahalaşma əleyhinə aksiya isə xüsusilə diqqət çəkdi. Burda insanlar təkcə bahalaşma əleyhinə deyil, uzun illər onlar yığılıb qalmış problemlərinin həllini istəyirdilər. Məsələn etiraz aksiyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Rüfət Quliyevin mətbuata açıqlamasından belə məlum olub ki, Lənkəranın Liman qəsəbəsində işşizlikdən əziyyət çəkən bir qrup insan uzun illər komunal xidmət haqlarını ödəyə bilmədikləri üçün onların yaşadıqları mənzillərə qaz və işıq verlişi dayandırılıb. Elə bu səbəbdən də həmin insanlar şəhər icra hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasına qoşulublar. Deputat eyni zamanda Liman sakinlərinin həddən artıq çətin durumda yaşadıqlarını da dilə gətirib. Deputatın sözlərində belə aydın olur ki, Limanda yaşayan insanlar ata-babadan balıqçılıqla dolanıblar. Lakin balıq ovu ilə bağlı qanunlar sərtləşdiyindən orda yaşayan insanların vəziyyətini daha da acınacaqlı hala salıb.

Bundan əlavə mətbuatda verilən məlumatlardan isə belə görünür ki, etirazçıların bir qismi kəndlərdə bərbad vəziyyətə düşən yolların təmir olunmasını tələb ediblər. Kənd sakinlərinin sözlərindən də aydın olur ki, yolların bərbad olmasından savayı başqa dərdləri yoxdur və onlar icra başçısı Taleh Qaraşovun özbaşınalıqlara son qoyulmasını tələb ediblər. 
İndi belə çıxır ki, əslində Lənkəranda keçirilən təkcə bahalaşma əleyhinə aksiya olmayıb.Əslində aksiya şəhərin icra başçısı Taleh Qaraşovun yarıtmaz fəaliyyətinə qarşı keçirilib. Təbii ki, rayonlarda bütün bu cür neqativ halların baş qaldırmasında məsuliyyət icra başçıslarının üzərinə düşür. Səbəb isə onların harın, korrupsioner, insanlara qarşı zülmkar hərəkətləridir. Taleh Qaraşova gəldikdə isə görünür icra başçısının başı eyş-işrət məclislərinə qarışdığından lənkəranlıların problemlərini unudub. Təsadüfü deyil ki, bir müddət əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ağlasığmaz bədxərcliyinə dair ölkə mediasında sensasion məlumatlar yayılmışdı.
Həmin məlumatda deyilirdi ki, Taleh Qaraşov ötən ilin yay məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib.
Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı haqqın.az saytı ilə bölüşüblər.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) ötən ilin iyulun əvvəlində AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib.
Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manat olub. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Ailə üzvlərilə ilə istirahətdən qayıdan T.Qaraşovu təyyarənin trapında onu şəxsi avtomobili ilə qarsalayıblar.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli "Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma bunu bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bilib ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərcləyib? Məlum məsələdir ki, Lənkəranda işşizlikdən, kommunal xərcləri ödəyə bilməyən və yolların bərbad olmasından şikaytətçi olan vətəndaşlar icra başçısı Taleh Qaraşova qarşı axı niyə də üsyan etməsinlər.(infoaz.org)

 

ULUYOL.İNFO


Вернуться назад