Главная > Siyasət > Prokurorluq müxalifət lideri haqqında istintaq başlatdı

Prokurorluq müxalifət lideri haqqında istintaq başlatdı


30-11-2017, 19:12.

 

 

             Prokurorluq müxalifət lideri haqqında istintaq başlatdı

 

Ankara Cümhuriyyət Prokurorluğu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun iddiaları ilə bağlı istintaq başladıb.

Axar.az xəbər verir ki, partiya liderindən prezident Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrdə qeyri-qanuni pul köçürmələri etməsi ilə bağlı ictimaiyyətə təqdim etdiyi sənədlər istənilib.

Qeyd edək ki, bir neçə gün öncə Kılıçdaroğlu Ərdoğanın və ona yaxın insanların Türkiyə xaricinə müxtəlif bank hesabları vasitəsilə qeyri-qanuni pul köçürmələri etdiyini iddia etmişdi.

 


Вернуться назад