Главная > Ölkə > Sorosdan qorxunc iddia: “Avropa İttifaqı parçalanacaq"

Sorosdan qorxunc iddia: “Avropa İttifaqı parçalanacaq"


24-01-2016, 22:45.

Corc Soros Rusiyanın çökəcəyi vaxtı açıqladı

 

Avropa İttifaqı parçalanmaq təhlükəsi ərəfəsindədir. APA-nın "Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu fikirləri, multimilyarder Corc Soros bəyan edib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı üçün  ikinci dünya müharibəsindən sonra olduğu kimi "Marşal planı” hazırlanmalıdır.

 

"Avropa İttifaqı parçalanmaq üzrədir. Bunu miqrant böhranından sonra hamı anlamağa başlayıb. Qaçqın axını, miqrantların ölkələr üzrə bölüşdürülməsi nəzarətdən çıxıb”, deyə Corc Soros bildirib.

 

O qeyd edib ki, Almaniya kansleri tərəfindən elan edilən "açıq qapı siyasəti”, ilk növbədə, ölkənin siyasi kapitalına zərbə vuracaq.

 

"Qaçqın böhranı Yunanıstan iqtisadiyyatında yaşanan və həlli olmayan problemlə üst-üstə düşüb. Artıq ortada bir sual qalıb -  Avropanın iqtisadiyyatı əvvəl dağılacaq, yoxsa çox zəif vəziyyətdə olan Rusiya iqtisadiyyatı”, deyə Soros vurğulayıb. 


Вернуться назад