Главная > Ölkə > Elgiz Qəhrəmanın cəzası azaldıldı

Elgiz Qəhrəmanın cəzası azaldıldı


29-11-2017, 17:30.

                                 Elgiz Qəhrəmanın cəzası azaldıldı

 

Ali Məhkəmədə "NİDA” vətəndaş hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib.

 

Elgiz Qəhrəman 2016-ci il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3,315 qram heroin tapıldığı iddia olunur.

 

NİDA üzvü yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

 

Mayın 18-də Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 


Вернуться назад