Главная > Cəmiyyət > İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verdi

İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verdi


29-11-2017, 18:45.

                           İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verdi

Nəsimi Rayon İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verib.

 

Bu barədə məhkəməyə verilmiş vətəndaş Ramiz Bayramov bildirib.

 

Onun sözlərinə görə, hazırda Nəsimi Rayon Məhkəməsində, hakim Rəşid Səmədovun sədrliyi ilə icra hakimiyyətinin iddiasına baxılır: "Nəsimi Rayonu, Bəsti Bağırova küçəsi, ev 33 ünvanında yaşayırıq. Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib bizə dedilər ki, mənziliniz plana düşüb, Nazirlər Kabinetinin pilot layihəsidir. Buna görə də mənzilimizin söküləcəyini söylədilər. Əslində, bizim mənzil 325 kvadratmetrdir. Texpasportda isə 267.8 kvadratmetr göstərilib. İcra Hakimiyyətindən isəbildirildi ki, kupça ilə nəzərə alınır və mənzilin ümumi sahəsi 136.1 kvadratmetr kimi qeydə alınıb".

 

R.Bayramov qeyd edib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ona söküləcək evin əvəzində 3 ev (ikisi 70 kvadratmetrlik, biri isə 60 kvadratmetrlik) və kirayə pulu olaraq, 20 min manat da veriləcəyini bildirib: "Deyirik ki, bizə üç ev deyil, ikisini verin və hazırda da qalmağa evlə təmin edin, köçək. Həmçinin 25-30 min manat da pul tələb edirik. Çünkü yeni evə köçəndə əlavə alınası şeylər də olacaq. Biz onların dedikləri ilə razı olmadıq. Buna görə də Nəsimi Rayon İcra Hakimiyyəti bizi məhkəməyəverdi".

 

Vətəndaş söyləyib ki, hazırda onların yaşadığı ərazidə olan bir çox evlər sökülüb: "Bizdən başqa da yaxınlıqda 2-3 ailə qalıb".(report)

 


Вернуться назад