Главная > Kriminal > Adam öldürən icra başçısı müavininin oğlu cəzasını harda çəkəcək?

Adam öldürən icra başçısı müavininin oğlu cəzasını harda çəkəcək?


29-11-2017, 11:57.

Adam öldürən icra başçısı müavininin oğlu cəzasını harda çəkəcək?

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimxeber.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover” markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb. Məlumat üçün bildirək ki,cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmə qərarıŞahmar İbadovun oğlu Elmir İbadovun sərbəst buraxılması anlamını verir.

 


Вернуться назад