Главная > Ümumi > Yəməndə partlayış: ölənlər var

Yəməndə partlayış: ölənlər var


29-11-2017, 09:26.

                     Yəməndə partlayış: ölənlər var

 

Yəmənin cənubunda, Ədən şəhərində Maliyyə Nazirliyinin binası qarşısında avtomobil partladılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfərin vəziyyəti ağırdır.

Döyüşçülərin törətdiyi partlayış qurumun inzibati binası ilə yanaşı, ətrafdakı binalara da ciddi zərər vurub.

Ərazidə atışma olduğu da bildirilir.

"Reuters"in məlumatına görə, İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 


Вернуться назад