Главная > Aktual > Şimali Koreya qitələrarası ballistik raketin uğurla sınaqdan keçdiyini iddia edir

Şimali Koreya qitələrarası ballistik raketin uğurla sınaqdan keçdiyini iddia edir


29-11-2017, 09:33.

Şimali Koreya qitələrarası ballistik raketin uğurla sınaqdan keçdiyini iddia edir

 

Şimali Koreya "Hwasong-15” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Şimali Koreyanın rəsmi mətbuatına istinadla məlumat yayıb. Bildirilir ki, bu gecə buraxılan raket nüvə başlığını ABŞ-ın istənilən məntəqəsinə çatdıra bilər. Ölkə lideri Kim Çen In bu addımı Şimali Koreyanın nüvə-raket silahının əldə olunması prosesində tarixi məqam kimi qiymətləndirib.

Xatırladaq ki, bu gecə yerli vaxtla saat 3:17-də Pxenan-Namdo əyalətindən şərq istiqamətində buraxılan raket 4500 metr yüksəklikdə təxminən 960 kilometr məsafə qət edib.

 


Вернуться назад