Главная > Müsahibə > Texnologiya Universitetində şərlənən kompüter mütəxəssisi ilə MÜSAHİBƏ
Texnologiya Universitetində şərlənən kompüter mütəxəssisi ilə MÜSAHİBƏ28-11-2017, 15:27. |
Texnologiya Universitetində şərlənən kompüter mütəxəssisi ilə MÜSAHİBƏ
Son illər Azərbaycan Texnologiya Universitetində qeyri-adi hadisələr, biabırçılıqlar və özbaşınalıqlar tuğyan edir. Özünə "toxunulmazlıq statusu” almış rektorun həngamələri, dəhşətli korrupsiya halları mövcud olsa da, cəzasızlıq hökm sürür. Qocaman rektorun sərgüzəştləri hər gün özünə yeni qalmaqallı səhifə açır. Nə Təhsil Naziri Mikayıl Cabbarov, nə də bir başqası maxinator rektoru durdurmaq haqqında düşünmür. Görəsən niyə? Bəlkə özəl bir səbəb var ki, rektor Akif Süleymanov özbaşına buraxılıb və o Universiteti öz istəyinə uyğunlaşdıraraq idarə edir? ATU rektorunun zülmündən əziyyət çəkən, bilavasitə Akif Süleymanovun ssenarisi əsasında şərlənərək saxta ittihamlarla işindən qovulduğunu iddia edən Azər Allahverdiyev müsahibə verdi. Təhsil ocağındakı özbaşınalıqlara dözməyərək baş verənləri ölkə mətbuatında ictimailəşdirən, yuxarı qurumlara şikayət məktubları ünvanlayan həmsöhbətimiz yenə ilginç faktlar səsləndirib.
- Azər bəy, bir aya yaxındır ki, adınız ATU rektoru ilə
qalmaqalda hallanır. Bildirmisiniz ki, Akif Süleymanov sizi qanunsuz yollarla
işdən azad edib? Nə baş verib? Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253
saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə "töhmətlər” verib. Qərəzli
töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas
götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub.
Onları da buna sövq edib. Bunlardan biri "Qiyabi və Distant təhsil mərkəzinin”
mütəxəssisi Zamiqə Yurist qızı Xəlilova, digəri isə Universitetin tanımadığım
II kurs tələbəsi C.Əsgərzadədir. Sabiq rektordan sonra, Akif Süleymanov özünə komanda
yığmağa başlamışdı. 2013-cü ildə məni də qeyri-rəsmi yolla, işdən çıxartmışdır.
Mən isə buna razı olmadım. Haqqımı dövlət qurumlarından istədim və dövlətin ləyaqətli
məmurlarının məsələyə müdaxiləsi nəticəsində rektor məni işə qaytardı. Amma
davranışlarında həmişə mənə qarşı qərəzliliyini hiss edirdim. Akif Süleymanovun
təyinatından sonrakı özbaşınalıqları barədə müxtəlif vaxtlarda şikayətimi,
iradımı bildirmişəm. Nəticədə mənə olan kini son aylarda pik həddə çatdı. 30
oktyabr 2017 ci il tarixdə məni 264 saylı əmrlə "Əmək müqaviləmə xitam verdi.
Ancaq həmin əmri də öz iş prinsipinə uyğun tərzdə rəsmiləşdirib. Bir daha deyirəm,
əmri özümə qarşı şantaj, böhtan qərəz hesab edirəm. - Məsələ belədir ki, rəsmi qurumlara şikayətlərimi dərindən
araşdırmırlar. Bu məni qane etmir. Hesab edirəm ki, bunun səbəbi Təhsil Naziri
Mikayıl Cabbarovla rektorun işbaz oğlu Şamil Süleymanovun yaxın dost olmasıdır.
Dostluq o dərəcədə yaxındır ki, Mikayıl Cabbarov hələ İçərişəhər Dövlət qoruğu
idarəsinin rəisi olanda bala Şamil Süleymanov birinciyə bahalı "Avtomobil” də
bağışlayıb. Nazir Mikayıl Cabbarova maşın hədiyyə etməsini Mia.az, Yenixəbər.org,
Elçi.az və digər saytlara istinadən əsaslanıb bildirirəm. Akif Süleymanovun indiyədək toxunulmaz
qalmasına səbəb də məhz Nazirlə rektor övladının dostluğudur. Əmrlərə diqqətlə baxın, əmrlərin məzmunlarından bilinir ki, Texnologiya Universitetinin Rektoru Akif Süleymanov suni şəkildə rəsimləşdirib, adları 253 № əmdə olan qızları mənim üzümə qoyubdur.
Uluyol.az Uluyol.az Uluyol.az Вернуться назад |