Главная > Aktual > Sudanda futbol matçı zamanı üzərində Adolf Hitlerin rəsmi olan böyük plakat açılıb - VİDEO

Sudanda futbol matçı zamanı üzərində Adolf Hitlerin rəsmi olan böyük plakat açılıb - VİDEO


28-11-2017, 18:24.

Sudanda futbol matçı zamanı üzərində Adolf Hitlerin rəsmi olan böyük plakat açılıb- VİDEO

 

Sudanda "Əl-Hilal” futbol klubunun azarkeşləri ölkə çempionatının XXXVI turunun "Əl-Merreyx” ilə ev oyunu zamanı üzərində Adolf Hitlerin rəsmi olan böyük plakat açıblar.


"Report” "Infobae”yə istinadən xəbər verir ki, Omdurman şəhərini təmsil edən komandanın fanatları bunu sutkanın qaranlıq vaxtı etikləri üçün plakatı fişənglər vasitəsi ilə işıqlandırıblar.

Bildirilir ki, hüquq-mühafizə orqanları iğtişaş baş verməməsi üçün olaya müdaxilə etməyiblər. Telekanalar isə sosial şəbəkələrdə yayılan hadisənin görüntülərinin yer aldığı kadrları təqdim etməyiblər.

Bununla yanaşı, futbolçular tribunaya yaxınlaşaraq plakatın yığışıdırılmasını və fişənglərin söndürülməsini tələb ediblər.

Qeyd edək ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Əl-Hilal” Sudanın ən titullu klublarından biridir. Omdurman təmsilçisi iki dəfə Afrika Çempionlar Liqasının finalçısı olub və 27 titula sahibdir.


Вернуться назад