Главная > Türk Dünyası / Dünya > Suriya türkmənləri özləri üçün xüsusi status tələb edir

Suriya türkmənləri özləri üçün xüsusi status tələb edir


27-11-2017, 23:58.

                      Suriya türkmənləri özləri üçün xüsusi status tələb edir

 

 

Suriya türkmənləri hüquqi status, hansı ki, onların təhlükəsizliyinin və konstitusiya hüquqlarının qarantı olacaq, almaq istəyirlər.

Virtualaz.org "Anadolu”ya istinadən bildirir ki, bunu Suriya Türkmənləri Məclisinin başçısı Emin Bozoğlan Ankarada keçirilən mətbuat konfransında deyib.

"Hazırda Suriya türkmənlərinin əsas tələbi onlara yerli xalq statusunun verilməsidir”, - deyə Bozoğlan bildirib.

Onun sözlərinə görə, Suriya türkmənlərinin azadlıq uğrunda mübarizəsi, hansı ki, 2011-ci ildən aparılır, yeni mərhələyə daxil olub: "Suriya Türkmənlərinin Məclisi mümkün olan hər şey edir ki, türkmənlər gələcəkdə böhranın siyasi yolla aradan qaldırılması, eləcə də onların maraqlarının və təhlükəsizliklərinin təmin olunması üzrə danışıqlarda təmsil olunsunlar”.

Amma onun sözlərinə görə, türkmənlərin hüquqlarının müdafiəsi üzrə əhəmiyyətli səylər göstərilsə də, bu kifayət deyil .

"Türkmən icması Suriyada böyüklüyünə görə ikinci yeri tutur və heç şübhəsiz, münaqişələr nəticəsində zərər çəkən əsas tərəfdir”, - deyə Məclisin başçısı vurğulayıb.

 


Вернуться назад