Главная > GÜNDƏM > Balakən rayonunda müəmmalı yanğınlar davam edir

Balakən rayonunda müəmmalı yanğınlar davam edir


24-01-2016, 19:06.

13878640961363594763_yangin45sadas

Balakən rayonunun Katex kəndinin sakinləri neçə gündür ki, gecələri yuxusuz qalır. Səbəb isə kəndin ayrı-ayrı hissələrində ot tayalarına, tövlələrə naməlum şəxs(lər) tərəfindən od vurulmasıdır.

Kənd sakinlərinin Sərhəd.info-ya verdikləri məlumata görə artıq neçə gündür ki, Katex kəndində əhali təşviş içindədir. Növbəti hədəfin özləri olacağını düşünən sakinlər gecələri yatmayaraq növbə çəkirlər.

1392835572Belə ki, bir-birinin ardınca baş verən yanğın hadisələrində tək ev sahibi yox, həmçinin qonşular da zərər çəkirlər. Yanğın hadisəsini törədən şəxslər hansısa qonşunun ot tayasına od vuraraq bütün qonşuların diqqətini yanğına yönəldərək digər qonşuların evlərinə, dükanlarına girərək oğurluq edirlər. Kənd sakinləri bildirir ki, bu işi törədənlər hətta "Özünüzü qoruyun”, "Növbə sizindir” kimi məktub yazaraq qonşuları hədələməkdən belə çəkinmirlər.

siaphoto_378178Baş verən hadisənin maraqlı tərəflərindən biri isə odur ki, yeri hüquq-mühafizə orqanı əməkdaşları da çaş-baş qalıb. Bu işi törədənləri yaxalamaqda acizlik çəkən polis əməkdaşları kənd sakinlərinə bildirib ki, əgər hadisəni törədənləri ələ keçirsəniz öldürməyin, yaralayın ki, digər iştirakçıların olub-olmadığını aydınlaşdıraq.

13878640961363594763_yangin45sadasSakinlər Sərhəd.info-ya bildirdilər ki, bir neçə gün ard-arda və hər gecədə bir neçə yerdə yanğın hadisəsi baş verdiyindən Balakən rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları avtomobilləri ilə kənd ərazisində keşik çəkirlər. Sanki hər dəqiqə hansısa həyətdə yanğın hadisəsinin baş verəcəyini gözləyirlər.

Qeyd edək ki, 22 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayaraq xəbər vermişdi ki, Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1,5 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 22:45-də söndürülüb.


Вернуться назад