Главная > Aktual > Rusiya sürətlə yoxsullaşır - Sorğu

Rusiya sürətlə yoxsullaşır - Sorğu


24-11-2017, 23:32.

                                 Rusiya sürətlə yoxsullaşır - Sorğu

 

Rusiyada yoxsulluq səviyyəsi yenidən artmağa başlayıb.

 

Axar.az xəbər verir ki, bu nəticə Rusiya Ali İqtisadiyyat Məktəbinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, rusların 23%-i maddi vəziyyətinin çox pis olduğunu bildirib. Bu, may ayında qeydə alınmış göstəricidə 3% çoxdur. Maddi vəziyyətinin yaxşı olduğunu deyən rusların sayı isə 17%-dən 15%-ə düşüb.

29% insan aldığı maaşın yalnız qida məhsullarına xərcləməyə kifayət etdiyini, geyim alışı üçün problemlər yaşadığını bildirib. Sorğu iştirakçılarının 8%-i isə qazandığı maaşın qidaya belə yetmədiyini söyləyib.

Ən bərbad vəziyyət kənd yerlərində müşahidə olunub. Belə ki, buradakı respondentlərin 44%-i əsas ərzaq və məhsulların alışına pullarının yetmədiyini söyləyib. Bu göstərici isə may ayında qeydə alınandan 4% çox olub.

 


Вернуться назад