Главная > Maraqlı > Döşəməyuyan maşın sınaqdan keçirilir-VİDEO

Döşəməyuyan maşın sınaqdan keçirilir-VİDEO


24-11-2017, 17:12.

                               Döşəməyuyan maşın sınaqdan keçirilir

 

ABŞ-ın "Walmart” ticarət şəbəkəsi Arkanzas ştatının Bentonvill şəhərindəki 5 mağazada avtonom döşəməyuyan maşınların sınaqlarına başlayıb.

 

İKT.lent.az-ın "N+1” portalına istinadən verdiyi xəbərə görə, "Brain Corp.” startapı tərəfindən hazırlanan "Emma” adlı döşəməyuyan kamera, ultrasəs "datçik”lər və lidarla təchiz olunub. Bu sensorlar sayəsində "Emma” mağazalardakı stellajlar arasında hərəkət edir və alıcılarla toqquşmur.

 

Robotun uzunluğu 1,7 metr, eni 0,8 metrdir. Üzərində hər biri 109 litrlik 2 çən var, onlardan biri yuyucu məhlul, digəri isə döşəmədən yığılan çirkabı yığmaq üçün nəzərdə tutulub. Maşın avtonom rejimdə saatda 4 km, əl rejimində 6,4 km sürətlə hərəkət edir.

 

"Walmart”la yanaşı, döşəməyuyan ABŞ-dakı 50 ticarət mərkəzində, hava limanlarında, kampuslarda və istehsal müəssisələrində test edilir.

 


Вернуться назад