Главная > GÜNDƏM > Qırğızıstanln yeni prezidenti and içdi

Qırğızıstanln yeni prezidenti and içdi


24-11-2017, 12:31.

                       Qırğızıstanln yeni prezidenti and içdi

 

Noyabrın 24-də Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov and içərək səlahiyyətlərinin icrasına başlayıb. Novator.az-ın məlumatına görə, mərasim paytaxt Bişkek yaxınlığındakı dövlət iqamətgahında keçirilib. Andiçməyə 450 nəfər qatılıb.

Bu il oktyabrın 15-də dövlət başçısı seçilmiş Sooronbay Jeenbekov Qırğızıstanın 5-ci prezidentidir. Qırğızıstanda prezident 6 il müddətinə seçilir. Dövlət başçısı Silahlı Qüvvələrin ali baş komandanı sayılır.

Novator.az bildirir ki, Sooronbay Jeenbekov 1958-ci il noyabrın 16-da Oş vilayətində doğulub. 1983-cü ildə Qırğız Kənd Təsərrüfatı İnstitutunu zoomühəndis ixtisası, 2003-cü ildə Qırğız Aqrar Universitetini mühasib ixtisası ilə bitirib.

1988-ci ilədək Oş vilayətinin Sovet rayonundakı eyniadlı sovxozda baş zootexnik vəzifəsində çalışıb.

1988-1989-cu illərdə Sovet Rayon Partiya Komitəsində təlimatçı olub. 1989-1991-ci illərdə Oş vilayətinin Ulyanov sovxozunda partiya komitəsinin katibi postunu tutub.

1991-1993-cü illərdə sovxoz direktoru, 1993-1996-cı illərdə kolxoz sədri vəzifələrində çalışıb.

Sooronbay Jeenbekov 1996-2005-ci illərdə Xalq Nümayəndələri Məclisinin (yuxarı palata) deputatı kimi müxtəlif vəzifələrdə işləyib.

2005-ci ildən parlamentin aşağı palatasının deputatı olan Sooronbay Jeenbekov 2007-ci ildə kənd və su təsərrüfatı, emal sənayesi naziri təyin edilib.

2010-2012-ci illərdə Oş vilayətinin qubernatoru, 2012-2015-ci illərdə hökumətin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi olub.

Sooronbay Jeenbekov 2016-ci ildə Prezident Aparatı rəhbərinin birinci müavini postunda çalışıb, həmin ilin aprel ayında baş nazir seçilib.

2017-ci il mayın 17-də Sosial Demokrat Partiyası Sooronbay Jeenbekovu prezidentliyə namizəd irəli sürdüyü üçün o, avqustun 21-də postundan istefa verib.

Oktyabrın 15-də keçirilmiş prezident seçkisində Sooronbay Jeenbekov 56 faizə yaxın səs toplayaraq dövlət başçısı seçilib.

 


Вернуться назад