Главная > İqtisadiyyat > ABŞ-da “qara cümə” satışları başlayıb

ABŞ-da “qara cümə” satışları başlayıb


24-11-2017, 16:46.

                 ABŞ-da "qara cümə” satışları başlayıb

 

Noyabrın 24-də gecə yarısı bir çox ölkədə, ilk növbədə isə ABŞ-da mövlud endirimləri aksiyalarının keçirildiyi "qara cümə” günü başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ticarət mərkəzləri gecə yarısına bir neçə saat qalmış öz qapılarını müştərilərin üzünə açıb, ucuz qiymətlərə məhsul almaq istəyən alıcılar isə uzun növbələrə düzülüb. Soyuq havaya baxmayaraq, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsi olan "Walmart” mağazalar şəbəkəsinin Nyu-Cersi ştatındakı filialı, habelə Best Buy” elektron mağazalar şəbəkəsinin yerli bölməsi qarşısında satışların başlamasını gözləyən minə yaxın müştəri yığışıb.

Bu il alıcılar arasında populyar olan məhsullar arasında birinci yerdə televizorlar, sonra isə oyun vasitələri və mobil qurğular gəlir.

ABŞ-ın Beynəlxalq pərakəndə satıcılar birliyinin məlumatına görə, bu il "qara cümə” günü 115 milyon insanın alış-veriş edəcəyi gözlənilir.

Qeyd edək ki, nəhəng alıcı kütləsini cəlb edən və böyük endirimlərlə müşayiət olunan "qara cümə” hər il noyabrın dördüncü cümə günü başlayır.

 

 


Вернуться назад