Главная > Ölkə > Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib


24-11-2017, 15:24.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib

 

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.


MN-dən musavat.com-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.


Вернуться назад