Главная > Cəmiyyət > "Nə olsun ki, həmin halsız vətəndaş "bomj" ya "alkaş" idi" -Rüzgar Mövsum

"Nə olsun ki, həmin halsız vətəndaş "bomj" ya "alkaş" idi" -Rüzgar Mövsum


23-01-2016, 20:44.


Azərbaycan Jurnalistlər Birliyinin üzvü,yazar Rüzgar Mövsüm bu gün qarşılaşdığı polis kobudluğu ilə bağlı sosial şəbəkə üzərindən çağırış edib.Uluyol.info həmin yazını təqdim edir:


"Bu gün Mərkəzi Univermağın qabağında polisin bir nəfərlə ayağa durmağa halı olmayan digər bir vətəndaşı pilləkanlardan sürüyərək univermağın sağ tərəfinə apardığını gördüm. Bir neçə vətəndaş kimi mən də ayaq saxlayıb, narahat oldum. Polisdən niyə bu halsız vətəndaşı belə kobud şəkildə sürüdüyünü soruşanda bizə çox kobud cavab verdi, - Alkaşın biridir bu oğraş, gedin işinizlə məşqul olun!

Mən və bir neçə vətəndaş buna irad bildirdik. Təcili tibbi yardıma və ya digər əlaqəli qurumlara müraciət etməyin vacibliyini bildirsək də, polis serjantı bizi acıladı.

Daha sonra mən yazar və bloqçu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olduğumu qeyd etdim və tələb etdim ki, vətəndaşın sərxoşluğundan və kimliyindən asılı olmayaraq onunla normal davransınlar. Bu arada polis artıq bu soyuqda onun üstünə su tökürdü. Məni bir daha acılayan polis serjantı şəkil çəkməyimi də qoymadı və məni "içəri atmaqla" hədələdi.

Hadisə yerindən azca aralanan kimi bir təhər də olsa belə bir mənzərni çəkməyə müvəffəq oldum və oradan uzaqlaşan kimi DİN- in qaynar xəttinə, 102 nömrəsinə zəng etim və həmin hadisə barədə məlumat verdim, polis serjantından şikayət etdim. Operator qız müvafiq addımların atılacağına söz verdi və mob. nömrəmi götürdü.

Nə olsun ki, həmin halsız vətəndaş "bomj" ya "alkaş" idi, heç kim insanlarla belə rəftar etməməlidir.

Oxuyun, paylaşın və vətəndaşlıq borcunuzu heç bir vaxt unutmayın!
Bizə insanlıq qalacaq."


 

ULUYOL.İNFO


Вернуться назад