Главная > Sosial > Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?
Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?19-11-2017, 19:49. |
Cəmil Əliyevin "xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?
Onkologiya Mərkəzində nə baş verir? Azərbaycan hökumətinin hər zaman diqqətdə saxladığı sahələrdən biri də səhiyyə sistemidir. Bu istiqamətdə hər il həm dövlət büdcəsindən, həm də prezidentin ehtiyat fondundan xeyli vəsait ayrılır. Amma zaman onu göstərib ki, Azərbaycan səhiyyəsinin əsas problem dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı deyil. Savash.org ölkənin mühüm səhiyyə ocaqlarından biri olan Milli Onkologiya Mərkəzindəki durumu araşdırıb. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada "sabun köpüyü”nə çevrilib – "pulunu ver, şəklini çəkdir”. Pulsuz deyilən Azərbaycan səhiyyəsində – Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını istinadən diqqətinizə çatdırır.
Qapıdan içəri keçirik. Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Burada o qədər insan var ki, həyətdəki skamyalarda oturmağa yer yoxdur. Ayaq üstə də kifayət qədər adam dayanıb. Ümumiyyətlə, digərlərinə baxanda Diaqnostika korpusunun qarşısında daha çox adamın olduğunu görürük və elə həmin səmtə gedirik. İçəri girməyimiz diqqət çəkmir. Çünki o qədər adam var ki, hətta qapıda dayanan nəzarətçi insanlara biristifadəlik ayaqqabı üstlüyü paylamaqda çətinlik çəkir. Çoxu geyinmədən içəri tələsir. Qapıdan girən kimi bütün otaqların qarşısında növbə olduğunu görürük. Ən çox növbə də "maqnit-rezonans tomoqrafiya” otağının qarşısındadır. Buradakı hər kəs gərgin, kədərlidir. Hamı tələsir, hərə əlində bir kağız otaqdan otağa qaçır. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Bizimlə, söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanır, bəziləri isə "bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır. İndi isə Milli Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:
(realmedia.az)
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Uluyol.az
Вернуться назад |