Главная > Siyasət > İcra başçısının 180-lə gedən maşınına İH-dən açıqlama: "Sürüb-sürüb də..." - VİDEO

İcra başçısının 180-lə gedən maşınına İH-dən açıqlama: "Sürüb-sürüb də..." - VİDEO


23-01-2016, 19:12.

İcra başçısının 180-lə gedən maşınına İH-dən açıqlama:

Başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər


Reportyor.tv saytı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video yayıb.

Məlumata görə, videodan əlavə, sözügedən sayt yazır ki, hadisə yanvarın 22-də baş verib. İcra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib. Bunu sübut etmək üçün həmin kadrları çəkənlər də öz avtomobilləri ilə başçının maşınının arxasınca eyni sürətlə hərəkət edərək özləri də qayda pozub. Lakin maraqlıdır ki, həmin şəxslər başçıya irad tutduqları halda özləri də qayda pozmuş oldular.

Çox güman ki, başçının xidməti avtomobilini sürücüsü idarə edir və cərimə də ona yazılacaq. Amma bu videonu çəkənlər də məsuliyyətdən kənarda qala bilməyəcəklər. Bu halda başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.

"Saatda 200-lə də radara düşə bilər"

Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham ismayılov şəhərin icra başçısı Niyazi Bayramovla bağlı sosial şəbəkələrdə və mətbuatda yayılmış videodan danışıb.

Birinci müavin Ölkə.az-a açıqlamasında bildirib ki, icra başçısının 001 seriyalı xidməti avtomobilinin həmin vaxt sürücüsü idarə edib:

"Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır".

İlham İsmayılov əməkdaşımızla söhbətində qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil:

"İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək".

Xatırladaq ki, Ölkə.az saytına Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video göndərilib.

Məlumata görə, hadisə yanvarın 22-də baş verib və icra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib.

Görünür, qanuna birinci riayət etməli şəxs özü qaydaları kobud şəkildə pozur...

 
 
 
ULUYOL.İNFO

Вернуться назад