Главная > Siyasət > NATO-nun baş katibi Türkiyədən üzr istədi

NATO-nun baş katibi Türkiyədən üzr istədi


18-11-2017, 09:12.

                              NATO-nun baş katibi Türkiyədən üzr istədi

 

Hərbi təlimlər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf qismində istifadə olunması NATO-nun mövqeyini əks etdirmir.

zVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib. Stoltenberq baş verən hadisəyə görə Türkiyədən üzr istəyib.

Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.

 

 


Вернуться назад