Главная > Problem > Deputatın şirkətində 63 yaşlı fəhlə öldü - Foto

Deputatın şirkətində 63 yaşlı fəhlə öldü - Foto


23-01-2016, 17:38.
Deputatın şirkətində 63 yaşlı fəhlə öldü - Foto
 
Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb. 

Musavat.com-un məlumatına görə, bədbəxt hadisə ötən axşam paytaxtın
Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib.
Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir.
 
Yikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan
fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb.
Yaralı dərhal əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin
travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını
xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
 
Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat
Departamentinin sifarişi ilə həyata keçirilir. Tikintini "Azəraqrartikinti” şirkəti aparır.
Tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb və bina ötən il sentyabrın 1-də
təhvil verilməliydi. Lakin tikinti vaxtında başa çatdırılmayıb. Ona görə də fəhlələr
gecə saatlarına qədər çalışdırılır.
 
Əlavə edək ki, "Azəraqrartikinti” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. 


Musavat.com


 





 


Вернуться назад