Главная > Mövqe > Qarabağı qaytaraq - Papyan

Qarabağı qaytaraq - Papyan


16-11-2017, 17:08.

                                Qarabağı qaytaraq - Papyan

 

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr edilmiş tədbirdə çıxışı zamanı dediyi "Qarabağ Azərbaycan torpağıdır və biz nəyin bahasına olursa olsun, torpağımızı qaytaracağıq” sözləri Ermənistanda qorxuya səbəb olub.

Publika.az xəbər verir ki, erməni ekspertlər Azərbaycanın geri çəkilməyəcəyini, Ermənistanın ətrafındakı halqanın daraldığına diqqət çəkiblər.

Erməni politoloq Ara Papyan isə Azərbaycanın təkcə Qarabağı yox, İrəvan da daxil olmaqla digər əraziləri də qaytarmaq niyyətində olduğunu vurğulayıb.

"Azərbaycanın hədəfi təkcə Qarabağın qaytarılması deyil. Təklif edirəm ki, gəlin Qarabağı qaytaraq. Lakin bununla hər şey bitmir. Bu gün Azərbaycan Ermənistanı bütün vasitələrlə sıxır. Ermənistana siyasi, psixoloji təzyiqlər edilir. Bakının siyasəti nəticəsində bu gün bizim ölkə emiqrasiya və doğum sayının düşməsi problemi ilə üz-üzədir. Ermənistan boşalır, Türkiyə və Azərbaycan iki tərəfdən bizi sıxır. Biz təmaslar qurmalıyıq, əgər Qarabağın qaytarılması ilə bu siyasət başa çatacaqsa, mən buna razıyam. Lakin hesab etmirəm ki, hər şey Qarabağla yekunlaşacaq”, - deyə o qorxularını açıqlayıb.

 


Вернуться назад