Главная > Kriminal > Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu

Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu


16-11-2017, 13:49.

                        Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu

 

Türkiyənin İğdır vilayətində azərbaycanlı İŞİD üzvü tutulub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 29-da İğdır polis əməkdaşlarının şəhərin mərkəzində keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının üzvü olan N.M və onun həyat yoldaşı saxlanılıb. Lakin sonra həyat yoldaşı nəzarət şərti ilə azadlığa buraxılıb.

Suriyadan gəldiyi bildirilən 1993-cü il təvəllüdlü azərbaycan vətəndaşının ifadəsi alındıqdan sonra məhkəmə qarşısına çıxarılıb. O, terror təşkilatına üzv olduğuna görə həbs olunub.

 


Вернуться назад