Главная > Ümumi > Əsəd PKK-ya Türkiyəni vurmaq üçün bu silahı verib

Əsəd PKK-ya Türkiyəni vurmaq üçün bu silahı verib


16-11-2017, 11:49.

                         Əsəd PKK-ya Türkiyəni vurmaq üçün bu silahı verib

 

PKK 31 avqust 2015-ci ildə Dəməşq şəhərində Bəşər Əsədlə imzaladığı kimyəvi silah sazişinə əsasən əhəmiyyətli miqdarda xardal qazı əldə edib.

Axar.az xəbər verir ki, bu iddia ilə Suriyada 2012-ci ilə qədər Kimyəvi Silahlar üzrə İdarə rəisi olmuş general Zahir Sakid çıxış edib.

Sakidin sözlərinə görə, razılaşmanın əsas şərti PKK-ya veriləcək başlıqların Türkiyəyə qarşı istifadə edilməsi olub. Hazırda daxilində xardal qazı olan 100-ə yaxın raket başlığı PKK-PYD terrorçularının əlində təhlükəyə çevrilib.

"Əsədlə PKK arasındakı müqavilənin ilk şərti başlıqların Türkiyəyə qarşı istifadə edilməsi oldu. Ən son təlimat isə Deyr əz-Zorda gerçəkləşdi. Terror qruplaşmasının sahib olduğu kimyəvi silah barədə ABŞ-ın da məlumatı var. PKK-ya xardal qazı verən rejimin məqsədlərindən biri də onsuz da qabarıq olan cinayət siyahısına yeni ortaqlar cəlb etməkdir. Çünki BMT-nin əlində Suriya ordusunun kimyəvi silah istifadə etməsinə dair 32 sənəd mövcuddur”, - general deyib.

General həmçinin Əsəd rejiminin İŞİD terror qruplaşmasına da kimyəvi silah verdiyini qeyd edib.

 


Вернуться назад