Главная > Aktual > Vəbadan ölənlərin sayı 2,2 min nəfərə çatıb

Vəbadan ölənlərin sayı 2,2 min nəfərə çatıb


16-11-2017, 12:27.

                                     Vəbadan ölənlərin sayı 2,2 min nəfərə çatıb

 

"Yəməndə vəbadan həyatını itirənlərin sayı 2,2 min nəfərə çatıb. Daha 925 min nəfərin isə vəbaya yoluxduğu ehtimal edilir"

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib. Mətbuata açıqlam verən rəsminin sözlərinə görə, epidemiya sürətlə yayılır:

"Əlimizdə olan son məlumatlara görə, noyabr ayının 12-ə qədər epidemiyadan 2 mindən çox insan ölüb. Ölənlər arasında azyaşlı uşaqlar çoxluq təşkil edir. Hazırda 925 mindən çox insanın isə vəbaya yoluxub-yoluxmadığı araşdırılır".

 


Вернуться назад