Главная > Sosial > Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏT
Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏT15-11-2017, 22:39. |
Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏTRedaksiyamıza müraciət edən Həsən Xəlilov adlı vətəndaş
Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərova məxsus olduğu bildirilən
"Leyla PALACE” şadlıq evində usta kimi işlədiklərini pullarının isə ala
bilmıdiklərini bildirir. H.Xəlilovun sözlərinə görə, əvəlcədən əldə olunmuş
razılığa əsasən 11.100 manatlıq işi görən ustalara 6.900 pul ödənilib. İş sona
çatdıqdan sonra şadlıq evinin əməkdaşları görülən işin onları qane etmədiyini
bildirərək borclu olduqları 4.200 manatı ödəməkdən imtina ediblər. Görülən işin
göz qabağında olduğunu Şadlıq evinin əməkdaşlarının diqqətinə çatıran ustalar,
onlara qarşı haqqsızlıq edildiyini və alacaqları pulun müxtəlif bəhanələrlə ödənilmədiyini
bildirirlər. Bu azmış kimi, Şadlıq evinin rəhbərliyi ustalara hədə-qorxu gələrək
onlardan əlavə 2.000 manat əlavə pul tələb etməkdədir –deyə H.Xəlilov qeyd
edib. Вернуться назад |