Главная > Hadisə > Sumqayıtda avtobus atəşə tutuldu

Sumqayıtda avtobus atəşə tutuldu


15-11-2017, 21:29.

                   Sumqayıtda avtobus atəşə tutuldu

 

 

Sumqayıt şəhərində naməlum şəxs tərəfindən avtobusa atəş açılıb.

Yenicag.az xəbər verir ki, hadisə bu axşam təxminən saat 20:00 radələrində baş verib. İnsident şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb. Hadisənin baş verdiyi yer "Şahanə” şadlıq sarayının qarşısıdır. Atəşə tutulan 7 nömrəli marşrut avtobusudur.

İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Hazırda polis əməkdaşları həmin yeri dövrəyə alıb.

 


Вернуться назад