Главная > Ədəbiyyat > İlham Musaoğlu: "Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş" (ŞEİRLƏR)
İlham Musaoğlu: "Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş" (ŞEİRLƏR)15-11-2017, 20:55. |
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Arvad, nəsil kökümüz dəqiq müsəlman imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Bizlər yalan satmışıq, özümüz özümüzə Nankorlar rişxənd edib, həqiqi sözümüzə Həmişə dələduzlar, dayanıb üzümüzə Gördükləri işlərin, hamısı üsyan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Uşaq-muşaq qanmayıb, heç yerdə böyük-kiçik Odur ki, vətənindən, çoxları düşüb incik Bəlkə bizə göz dəyib, yandıraq bir üzərlik Üstümüzə xox edən, sən demə xortdan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Dillərdən, ağızlardan, düşməyirdik son zaman Onlarda qalmamışdır, namus, qeyrət, nə vicdan Xeyli sayda çoxalmış, daxili qara dovşan Bizləri parçalayan, bir başa aslant imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Əlbəttə ki, hamımız diqqətli olmalıyıq Bir yerə çəkic vurub, qüvvətli olmalıyıq Keçmişə nəzər salıb, qeyrətli olmalıyıq Torpaq əldən gedibdir, üstəlik talan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Hamımız bilməliyik, xalqı incitmək olmaz Bu torpağa, dövlətə, xəyanət etmək olmaz Millətin xatirinə, səhv yolla getmək olmaz Məmurların bir qismi, bir əfi ilan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Dinləməyi bacaraq, eşidək camaatı Hər şeyi tənzimləyib, verməyək ehtiyatı Maşallah hələ çoxdur, dövrümüzün fanatı Söz aparıb gətirən, gizlində cırtdan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Həyatda itirməyək, halal nemət, çörəyi Əbədi yaşadığın, xoş arzu, xoş diləyi Yüksəklərə qaldıraq, şan-şöhrəti, əməyi Ədaləti pozmayın, bu bəla tufan imiş Tutduqları əməllər, necə də qan-qan imiş Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş
Gözəlləşib Gəncə çayıGəncə çayı saf, müqəddəs Aldığımız, azad nəfəs Ürəklərdə, coşqun, həvəs Şaqraq səsli, hay-harayı Gözəlləşib, Gəncə çayı
Görünüşü, əsrarəngiz Canımız tək, doğma, əziz Suyu şəffaf, ruhu təmiz Seyrangahdı, qışı-yayı Gözəlləşib, Gəncə çayı
Göz oxşayır, səhər-səhər Sevincindən, gülür şəhər Sabahımız, xeyir-bəhər Paklıq rəmzi, ağ qağayı Gözəlləşib, Gəncə çayı
Axşamları, çox ecazkar Əsir sərin, meh, gilavar Öz sehrli, aləmi var Bu gün yoxdur, onun tayı Gözəlləşib, Gəncə çayı
Yaraşıqdı, Gəncəmizə Nur paylayır, gecəmizə Həyat verir, öncə bizə Ömrümüzün, tanrı payı Gözəlləşib, Gəncə çayı
Gəldi xoş gün, bu xoş zaman Gəzişirlər, qoca, cavan Fərəhlənir, baxıb, insan Salamlayır, günəş, ayı Gözəlləşib, Gəncə çayı
İlham deyir, sözü gerçək Mənzərəsi, necə göyçək Sahil boyu, çəmən, çiçək Sevənlərin, artıb sayı Gözəlləşib, Gəncə çayı Gözəlləşib, Gəncə çayı
Atamın yanına köçdü anam da
Anam dünyasını, dəyişən zaman Mən onda bildim ki, yetimlik nədir O varlıq gözümdən, getməyir bir an Həyat özlüyündə puç, əfsanədir
Anamı itirdim, qəfildən Allah! Söndü çırağımın, sönməz işığı Anamı itirdim, həmin gün vallah Getdi evimizin, yar-yaraşığı
Anam da qovuşdu, əbədiyyətə Ömrümü anasız sürəcəyəm mən Yalnız inanıram, bir həqiqətə Nə vaxtsa anamı görəcəyəm mən
Qəlbimi göynətdi, son dəfə səsi Titrək danışığı, qulağımdadır Başımın üstündə, ilıq nəfəsi Ruhu daim mənim ocağımdadır
Anama ana yox, "bacı” deyirdik Təkcə adı bizə, şan-şöhrət idi Ona başımızın, tacı deyirdik Anam bizdən ötrü, var-dövlət idi
Bəlkə də, atam da, darıxıb deyə Atam seçən yolu, seçdi anam da Təsəllim odur ki, ancaq bir şeyə Atamın yanına köçdü anam da
Nəzərdə tutmuşam, qoyum adını Özünün gələcək nəticəsinə Bununla da, alım, şirin dadını Baxıb o körpənin əyləncəsinə
Ana müqəddəsdir, ana əzizdir Hər ana çöhrəsi, açır səmada Ana mələklər tək, pakdır, təmizdir Analar ölməyir, uçur səmada
Sənin gözlərinə baxa bilmirəm
Gözlərin olduqca çox ecazkardır Sənin gözlərinə baxa bilmirəm Sanki o gözlərdə möcüzə vardır Sənin gözlərinə baxa bilmirəm
Məni o gözlərin məftun eyləyib Özümdən xəbərsiz məcnun eyləyib Səməd Vurğun kimi vurğun eyləyib Sənin gözlərinə baxa bilmirəm
O gözlər qəlbimi, yandırıb yaxır Elə bil içimdən ildırım çaxır Onsuz biləcəksən sən əzəl-axır Sənin gözlərinə baxa bilmirəm
Axı nə danışım, axı nə deyim Hələ tükənməzdir, arzu-diləyim Başlıcası odur, dözmür ürəyim Sənin gözlərinə baxa bilmirəm
Son vaxtlar sarsıntı məni çox sıxıb Artıq hədəqədən o gözlər çıxıb İlhamın öz adı yadından çıxıb Sənin gözlərinə baxa bilmirəm Sənin gözlərinə baxa bilmirəm
İlham Musaoğlu, şair Uluyol.az
Вернуться назад |