Главная > Siyasət > Madurodan Kolumbiya prezidentə: "Get, kokainini iylə"

Madurodan Kolumbiya prezidentə: "Get, kokainini iylə"


15-11-2017, 14:22.

                               Madurodan Kolumbiya prezidentə: "Get, kokainini iylə"

Venesuela prezidenti Nikolas Maduro yenidən kolumbiyalı həmkarı Xuan Manuel Santosu tənqid edərək, ona kokain qəbul etməyi məsləhət görüb.

Axar.az xəbər verir ki, bununla Maduro Kolumbiyanın Venesuelaya dərman preparatlarını satmağı qadağan etməsinə qəzəbini nümayiş etdirib.

"Santos, biz onları Kolumbiyadan almayacağıq. Dərmanlarını özün qəbul elə, biz isə onları artıq Hindistandan alırıq. Dərmanlarını, narkotikini və kokaininizi özün qəbul elə”, - Maduro deyib.

Qeyd edək ki, Nikolas Maduro daha əvvəl də Santosu tənqid edərək, onu xain adlandırmışdı.

 


Вернуться назад