Главная > GÜNDƏM > Ermənistanda polislə tələbələr arasında qarşıdurma başladı

Ermənistanda polislə tələbələr arasında qarşıdurma başladı


15-11-2017, 12:58.

                              Ermənistanda polislə tələbələr arasında qarşıdurma başladı

 

Ermənistan parlamentinin qarşısında polislə tələbələr arasında qarşıdurma baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvi barədə parlamentin bu gün qəbul etdiyi qanuna etiraz olaraq Ermənistan Milli Məclisinə doğru hərəkətə keçərkən polis müqaviməti ilə qarşılaşıblar.

Məlumata görə, gənclər əvvəlcə Dəmirçyan küçəsini bağlayıblar. Bundan sonra onlar Baqramyan küçəsindən parlamentin çıxışına doğru hərəkət ediblər və bu hissədə də hərəkəti məhdudlaşdırıblar. Bu zaman polis Baqramyan küçəsində yolu açmaq üçün hərəkətə keçib. İrəvan polisinin rəis müavini Valeriy Osipyan tələbələri Baqramyan küçəsindən çəkilməyə çağırıb. Rəis müavini tələbələrə yolu açmaq üçün 5 dəqiqə vaxt verib. Bildirib ki, vətəndaşların rahatlığını təmin etmək üçün hərəkətə keçməyə vadar olacaqlar. Tələbələrin geri çəkilmədiyini görən polis onların üzərinə yeriyib və qarşıdurma baş verib. Ancaq hələ ki, etirazçıların blokadasını yarıb yolu açmaq mümkün olmayıb. Gərginlik davam edir.

 


Вернуться назад