Главная > GÜNDƏM > Fransua Olland: “Türkiyənin Avropa Birliyinə üzvlüyünə çox var"

Fransua Olland: “Türkiyənin Avropa Birliyinə üzvlüyünə çox var"


17-10-2015, 00:06.
Fransua Olland: Qeyd edək ki, AB-yə üzv ölkələrin başçılarının oktyabrın 15-də miqrant böhranı ilə mübarizəyə həsr olunmuş zirvə toplantısı çərçivəsində təşkilat Türkiyənin AB-yə üzvlüyü və vizaların ləğvi məsələsində kömək təklif edib, bir şərtlə ki, Ankara miqrant axınının onun ərazisindən çıxmayacağı və AB ölkələrinə adlamayacağı ilə bağlı zəmanət versin.


"Türkiyənin təşkilata üzvlüyü ilə bağlı danışıqlara gəlincə, bu danışıqlar əvvəl qəbul edilmiş qərar əsasında bərpa ediləcək. Ancaq bu, öncə müəyyən edilmiş ölçülər çərçivəsində baş tutacaq. Yeni müddəalar nəzərdən keçirilə bilər, lakin bütün bunlar hələ başa çatmamış ümumi proses çərçivəsində reallaşacaq. Buna qədər isə hələ çox var” – qeyd edib Olland. 

 
musavat.com

Вернуться назад