Главная > Aktual > Pxenyan şərtləri açıqladı: ABŞ təhdidə davam etsə...

Pxenyan şərtləri açıqladı: ABŞ təhdidə davam etsə...


11-11-2017, 14:57.

                              Pxenyan şərtləri açıqladı: ABŞ təhdidə davam etsə...

 

ABŞ-dan Pxenyanın ünvanına təhdidlər davam edəcəyi halda Şimali Koreya rəsmiləri nüvə proqramı ilə bağlı danışıqlar masasına əyləşməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Ça Son Nam danışıb.

Pxenyanın xüsusi nümayəndəsi ölkəsinin eyni zamanda hər iki inkişaf siyasətinə sadiq olduğunu və bununla da Şimali Koreyanın iqtisadiyyatının və nüvə potensialının paralel inkişaf edəcəyini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq Şimali Koreya nüvə-raket sınaqlarını keçirməyə davam edir.

 


Вернуться назад